“Konyaspor” Türkiyədə mərc oyunları ilə bağlı istintaq çərçivəsində həbs edilən futbolçusu Alassan Ndao ilə yollarını ayırıb.
Bizim.Media klubun rəsmi saytına istinadla xəbər verir ki, seneqallı yarımmüdafiəçinin müqaviləsi vaxtından əvvəl ləğv edilib.
28 yaşlı vinger qanunsuz mərc oyunlarında iştirak etdiyi üçün bir neçə gün öncə saxlanılıb. Daha sonra məhkəmə onunla bağlı həbs qərarı çıxarıb.
Qeyd edək ki, Alassan Ndao Türkiyədə “Fatih Karagümrük”, “Antalyaspor” və “İstanbulspor”un da formasını geyinib.
O, 2023-2024-cü illər mövsümünün qış fasiləsində “Konyaspor”a keçib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта