RU

Qax Dövlət Kukla Teatrında yeni tamaşaya ictimai baxış olub

Qax, 11 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax Dövlət Kukla Teatrında 2025-ci ilin repertuar planına daxil edilən italyan yazıçısı Karlo Kollodinin “Pinokkionun sərgüzəştləri” əsərinin motivləri əsasında Çingiz Ələsgərlinin qələmə aldığı “Pinokkionun qeyri-adi sərgüzəştləri” əsərinin tamaşasının məşqləri başa çatıb və dekabrın 11-də ictimai baxış keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlət sifarişi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov, quruluşçu rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Tamaşada Pinokkio obrazını Aynurə Abbasova, usta Çepetto obrazını isə Azər Kərimov ifa ediblər. Canlı aktyor, kukla oyunu və kölgə teatrının sintezi əsasında hazırlanan səhnə əsərində, həmçinin Araz Mehrablı, Cəbrayıl Quluşov, İlmar Abdullayev, Məlahət Məmmədova, Elnurə Əliyeva, Fidan Mahmudzadə, Elnarə Razıyeva və digər aktyorlar da rol alıblar.

Uğurla başa çatan tamaşanın sonunda Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova və digər qonaqlar çıxış edərək, teatrın kollektivinə yeni yaradıcılıq uğurları arzulayıblar.

Избранный
83
azertag.az

1Источники