RU

ABŞ və Yaponiyadan Çinə GÖZDAĞI: Birgə hərbi təlimlər KEÇİRİLDİ

ABŞ və Yaponiya Çinin fəallığı fonunda birgə hərbi təlimlər keçirib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Çin və Rusiya təyyarələrinin birgə uçuşundan dərhal sonra Vaşinqton və Tokio səmada güc nümayiş etdirib.

Məlumata əsasən, ABŞ-nin strateji bombardmançı təyyarələri Yaponiya hava məkanında yapon qırıcıları ilə birgə təlimlərdə iştirak edib. Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər ki, bu tədbir Çinlə artan gərginlik fonunda ölkələr arasında hərbi əməkdaşlığı nümayiş etdirmək məqsədi daşıyıb.

Təlimlər Çin və Rusiya bombardmançılarının Qərbi Yaponiya üzərində birgə uçuşundan bir gün sonra baş tutub. Həmin vaxt hava məkanının pozulmamasına baxmayaraq, Tokio qırıcılarını havaya qaldırmaq məcburiyyətində qalmışdı.

Bundan əlavə, dekabrın 6-da Çin hərbçilərinin radarlarda Yaponiya qırıcılarını qeydə alması ölkələr arasındakı gərginliyi daha da dərinləşdirib.

Yaponiyanın Birgə Qərargahı vurğulayıb ki, təlimlər konkret bir hadisəyə cavab olaraq keçirilməyib, lakin son iki hadisə regionda gərginliyin artmasına bariz nümunədir.

Xuraman Etibarlı

İnterpress.az


Избранный
19
12
interpress.az

10Источники