RU

Paytaxtda növbəti “Mövsüm yarmarkası” keçiriləcək

Dekabrın 13-14-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə Bakıda növbəti “Mövsüm yarmarkası” baş tutacaq.

Doğru.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, yarmarkanın keçirilməsində məqsəd yerli fermerlərin məhsullarını bazara çıxarmasına dəstək göstərmək, onlara alternativ satış məkanı yaratmaq və şəhər sakinlərinin təbii, yerli kənd məhsullarına daha rahat çıxışını təmin etməkdir.

Tədbirdə 30-a yaxın regiondan 60-a yaxın fermer iştirak edəcək və onlar 140-dan çox çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Vətəndaşlar istənilən məhsulla bağlı sual yarandıqda ərazidə fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına müraciət edərək analiz verə bilərlər.

Yarmarka həftəsonu saat 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında – “Gənclik” metro stansiyasının yaxınlığında təşkil olunacaq.

Qeyd edək ki, “Mövsüm yarmarkası”nda iştirak edən fermerlər piştaxta, tərəzi və digər avadanlıqlarla ödənişsiz təmin olunurlar.

DOĞRU.AZ

Избранный
4
8
dogru.az

10Источники