Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Bravo” supermarketlər şəbəkəsi barədə protokol tərtib edib.
NOCOMMENT.az Teleqraf-a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə tərtib edilən protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
28 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunub ki, “Bravo” marketdə 2l-lik plastik qablaşdırmada olan “Aquavita” adlı qazsız suyun qiymət kağızında qiymətinin 0,92 manat göstərilməsinə baxmayaraq, kassada 1.09 manata satılıb.
Nəticədə “Bravo” Ticarət Qaydaları Əleyhinə olan qaydanı pozub.