RU

Qullit: “Bellingem “Real Madrid”in ən yaxşı oyunçusudur”

Niderland milli komandasının keçmiş oyunçusu Rud Qullit “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellingem haqqında danışıb.

İdman.Biz bildirir ki, Bellingem bu mövsüm klubun heyətində bütün yarışlarda 17 oyuna çıxıb, dörd qol vurub və üç məhsuldar ötürmə edib.

“Mbappe topu olmayanda çox şey edə bilmir. Vinisius Junior və Rodriqo da belə vəziyyətlərdə parlamır. Bir çoxları iki dəfə artıq çalışmalı olurlar. Bellingem bunun qurbanına çevrilir. O, artıq Kroos komandada olduğu kimi oynaya bilmir. Kroos komandada olanda... onlarda tarazlıq var idi. Bellingem “Real Madrid”in ən yaxşı oyunçusudur. O, mütləq millidə olacaq və Tuxel onu kənarda qoysa, bu, mənim fikrimcə səhv qərar olardı”, - “Goal” Qullitin sözlərini sitat gətirir.

İdman.Biz

Избранный
6
1
idman.biz

2Источники