RU

Putin Trampın Venesuelaya təhdidləri fonunda Maduro ilə danışıb...

...SİA xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya lideri Vladimir Putin Venesuela lideri Nikolas Maduro ilə telefon danışığı aparıb.

Ötən səhər Putinin mətbuat katibi Dmitri Peskov Putinin həmin axşam beynəlxalq telefon danışığı apara biləcəyini açıqladı, lakin kiminlə danışacağını dəqiqləşdirmədi.

Söhbət zamanı Putin və Maduro "2025-ci ilin noyabr ayında qüvvəyə minən strateji tərəfdaşlıq və əməkdaşlıq müqaviləsinə uyğun olaraq dost Rusiya-Venesuela münasibətlərinin daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi apardılar".

Putin öz növbəsində Maduro hökumətinin "artan xarici təzyiq qarşısında milli maraqları və suverenliyi qorumaq" kursunu dəstəklədiyini bildirdi.

Əli Babayev

Избранный
25
sia.az

1Источники