RU

DÇ 2026 nın oyunlarına biletlərin qiyməti məlum oldu

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2026-cı il dünya çempionatının finalına "büdcəli kateqoriya" üzrə biletlərin qiyməti 4 185 dollardan başlayır.

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.

Bildirilir ki, dekabrın 11-də FIFA qrup mərhələsi oyunları və final üçün biletlərin qiyməti açıqlanıb.

2022-ci il dünya çempionatı ilə müqayisədə final üçün ən ucuz biletin qiyməti demək olar ki, yeddi dəfə artıb. Qətərdə açıq satışda olan ən ucuz biletin qiyməti 600 dollar idi.

Qeyd edilir ki, iyunun 17-də keçiriləcək İngiltərə - Xorvatiya oyunu üçün biletlər 265, 1/4 final oyunları üçün biletlər 680, 1/2 final oyunları üçün isə biletlərin qiyməti 920 dollardan başlayır.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
sherg.az

1Источники