RU

Rafael Hüseynov Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsdi – Töhmət aldı


Ötən gün – dekbarın 11-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) iclası keçirilib və partiyanın üzvü, millət vəkili və vitse-spiker Rafael Hüseynova töhmət elan edilməsi barədə qərar qəbul edilib.
Yeniavaz.com
Partiyanın yaydığı məlumata istinadla xəbər verir ki, buna səbəb “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda Milli məclisdə keçirilmiş konfrans zamanı Rafael Hüseynovun  partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsi və fikrini tamamlamasına imkan yaratmaması olub.
“Bununla bağlı rayon təşkilatlarından və partiya fəallarndan daxil olan müraciətlər müzakirə edilib. MNTK sədri Zeynal Fətulla bildirib ki, daxil olan müraciətlərdə VHP üzvü olan deputatın iclasda aparıcılığından sui istifadə edərək partiya sədrinə qarşı bu cür davranışının nə etik, nə də siyasi baxımdan yolverilməz olduğu bildirilir və Rafael Hüseynov haqqında tədbir görülməsi tələb edilir.
Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri məsələ ətrafında çıxış edərək bildiriblər ki, VHP sədri Sabir Rüstəmxanlının Azərbaycan cəmiyyətində yüksək ictimai-siyasi, ziyalı mövqeyi, nəzərə alınmadan atılan bu addım həm partiyanın nüfuzuna, həm də ümumilikdə siyasi mədəniyyətə xələl gətirir. Milli Məclisin Terminologiya Komitəsinin üzvü, Azərbaycan Dil Qurumunun Başqanı, partiya sədri və Xalq Şairi olmaqdan əlavə bütün ömrünü dilimizin qorunmasına sərf etmiş Sabir Rüstəmxanlıya qarşı bu hörmətsizlik partiyanın parlamentdəki təmsilçisi olan Rafael Hüseynovun ciddi səhvidir.
Избранный
21
16
yeniavaz.com

10Источники