"Kremonese"nin hücumçusu Ceymi Vardi noyabr ayı üçün A Seriyasının ən yaxşı oyunçusu seçilib.
QOL.az xəbər verir ki, bu barədə lyarışın rəsmi saytı məlumat yayıb.
38 yaşlı futbolçu ötən ay üç oyun keçirib və "Yuventus"la görüşdə 1 qol vurub (1:2). Vardi dekabrın 1-də "Bolonya" ilə oyunda (3:1) dubl edib.
Vardi bu mövsüm ümumilikdə 10 oyunda meydana çıxıb və 4 qol vurub.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü "Kremonese"yə yayda azad agent kimi keçib.