Bakı. Trend:
"Kremonese"nin hücumçusu Ceymi Vardi noyabr ayı üçün ASeriyasının ən yaxşı oyunçusu seçilib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə yarışın rəsmi saytıməlumat yayıb.
38 yaşlı futbolçu ötən ay üç oyun keçirib və "Yuventus"lagörüşdə 1 qol vurub (1:2). Vardi dekabrın 1-də "Bolonya" ilə oyunda(3:1) dubl edib.
Vardi bu mövsüm ümumilikdə 10 oyunda meydana çıxıb və 4 qolvurub.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü "Kremonese"yəyayda azad agent kimi keçib.