RU

“Qəzzada ehtiyacı olanlara humanitar yardımın çatdırılması bizim əsas prioritetlərimizdir” - Türkiyə lideri

“Qəzzada atəşkəsin davamlılığı və ehtiyacı olanlara humanitar yardımın çatdırılması bizim əsas prioritetlərimizdir”.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanın paytaxtı Aşqabadda keçirilən "Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu"nda çıxışı zamanı deyib.

O bildirib ki, İsrailin pozuntularına baxmayaraq, atəşkəs kövrəkdir. Buna görə də beynəlxalq ictimaiyyətin güclü və davamlı dəstəyi vacibdir.

“Ümid edirik ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 2800 saylı qətnaməsi də davamlı sülh və Qəzzanın yenidən qurulması üçün bir fürsət olacaq. Fələstinlilərin də daxil edilməsini və sülh quruculuğunun bütün mərhələlərinə töhfə verməsini vacib hesab edirik. Əsas məqsəd iki dövlətli həll yoludur. Bunun formulu fələstinli qardaş və bacılarımızın əzablarında, onların şərəfli mübarizəsində və beynəlxalq müqavilələrdə öz əksini tapıb. Artıq beynəlxalq ictimaiyyətin Fələstin xalqına olan borcunu ödəməsinin vaxtıdır. Ümid edirəm ki, bizi bir araya gətirən bu vacib forum bunun üçün yeni bir fürsət olacaq”, - deyə siyasətçi vurğulayıb.

Ərdoğan qeyd edib ki, bu gün Türkiyə ədalətli, qərəzsiz və etibarlı yanaşması ilə vasitəçilik sahəsində dünyanın aparıcı aktyorları arasında yer alır:

“Efiopiya və Somali arasındakı gərginliyi azaltmaq üçün başlatdığımız Ankara prosesi vasitəsilə mübahisələrin dinc yolla həll edilə biləcəyini bir daha sübut etdik. Həmsədr olduğumuz Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı daxilindəki Vasitəçilik Dostları Qrupları, eləcə də Sivilizasiyalar Alyansı təşəbbüsü bu vizyonu əks etdirir”, - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
20
missiya.az

1Источники