Ağ Ev ABŞ prezidenti Donald Tramp administrasiyası üçün rəsmi TikTok hesabı yaradıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında deyilir.
"Bütün dövrlərin ən böyük administrasiyası artıq TikTok-dadır. Bütün ikonik anları bir yerdə görmək üçün abunə olun."
Prezidentin TikTok kanalına yüklənən ilk üç musiqi videosu Tramp administrasiyasının katiblərinin işinə və ABŞ-dan qeyri-qanuni immiqrantların deportasiyasına həsr olunmuş olub.