RU

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər unikal xarakter daşıyır – Əli Əsədov

Bakı. Trend:

Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlərhəqiqətən unikal xarakter daşıyır.

Trend-inməlumatına görə, bunu Azərbaycan Respublikasının Baş naziri ƏliƏsədov Aşqabadda “Beynəlxalq sülh və etimad ili (2025)”, BeynəlxalqNeytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinəhəsr olunan beynəlxalq forumun plenar iclasında deyib.

Baş nazir xatırladıb ki, cari ilin oktyabr ayında Qəbələdəkeçirilmiş Türk Dövlətləri Təşkilatının Sammiti çərçivəsində təməliqoyulan Füzuli məscidinin inşası təşəbbüsünə görə azad olunmuşFüzuli şəhərinin sakinləri bir müddət əvvəl hörmətli QurbanquluMəlikquluyeviçə minnətdarlıq məktubu ünvanlayıblar.

“Biz həmçinin özbək, qazax və qırğız qardaşlarımız tərəfindənFüzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin və Kurmanqazı adınaUşaq İncəsənət Mərkəzinin, eləcə də Ağdamda Manas adına məktəbininşasına görə göstərilən qardaşlıq dəstəyini yüksəkqiymətləndiririk.

Eyni zamanda azad edilmiş ərazilərin dirçəlişi istiqamətindəgöstərilən qardaş dəstəyinə görə Türkiyəyə də dərin təşəkkürümüzübildiririk.

Bütün bunlar, şübhəsiz ki, xalqlarımızın birliyinin bariznümunəsi kimi Azərbaycan xalqının qəlbində əbədi qalacaq”, - deyə ovurğulayıb.

Ə.Əsədov qeyd edib ki, Mərkəzi Asiya Dövlət BaşçılarınınMəşvərət Görüşünə ölkəmizin tamhüquqlu iştirakçı qismində qəbuledilməsi bizim Azərbaycan xüsusi əhəmiyyətə malikdir:

“Bizi çoxəsrlik ortaq tarix, mənəvi-mədəni irs, qardaşlıq,dostluq və həmrəylik birləşdirir”.

Избранный
46
4
az.trend.az

5Источники