RU

Trampın gizli planı ifşa edildi 4 ölkəni hədəf alıb

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın gizli planı ifşa edilib.

Globalinfo.az xəbər verir ki, bu  barədə “Defense One” saytı sızdırılmış məxfi sənədə əsaslanaraq məlumat yayıb.

Vaşinqtonun Avropa İttifaqında (Aİ) siyasi tarazlığı kökündən dəyişdirmək üçün hərtərəfli strategiya hazırladığı iddia edilir:

“Hesabata görə, Tramp administrasiyası “Avropanı yenidən gücləndir” adlı plan çərçivəsində Avstriya, İtaliya, Macarıstan və Polşanı Aİ-dən uzaqlaşdırmağı və Vaşinqtona yaxınlaşdırmağı hədəfləyir. İctimaiyyətə açıqlanan 33 səhifəlik strategiya sənədindən əlavə, daha əhatəli bir layihə bağlı qapılar arxasında müzakirə edilir”.

Qeyd olunub ki, bu ölkələr Trampla yaxın əlaqələri olan liderlər tərəfindən idarə olunur:

“Xüsusilə Trampın Macarıstanın Baş naziri Viktor Orban və Polşa Prezidenti Karol Navroçki ilə sıx təmasları diqqət çəkir. Onun həmçinin İtaliyanın Baş naziri Giorgia Melonini “fantastik qadın” adlandırdığı da məlumdur. İddialar Avropa mətbuatında böyük ajiotaj yaratsa da, Ağ Ev bu məlumatları qəti şəkildə təkzib edir”.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
2
globalinfo.az

3Источники