RU

Lənkəranda Heydər Əliyevin anım günü qeyd edilib - FOTOLAR

Dekabrın 12-də respublikanın bütün ərazisində olduğu kimi Lənkəranda da Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib.

"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, ağsaqqallar, müharibə veteranları, gənclər və ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir iştirakçıları daha sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin adını daşıyan muzeyi ziyarət ediblər, Ulu Öndərin büstünün önünə tər güllər düzüblər.

Qeyd edək ki, Lənkəranda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbirləri gün ərzində  silsilə şəklində davam etdirilib, Ümummilli Liderin abidəsi və Heydər Əliyev müzeyi rayon sakinləri tərəfindən gün ərzində ziyarət olunub.

 

 

Избранный
18
50
unikal.az

10Источники