RU

Nazir müavini Firudin Qurbanov BSU-nun tələbələri ilə görüş keçirib

Dekabrın 11-də Bakı Slavyan Universitetində (BSU) elm  və təhsil nazirinin müavini Firudin Qurbanov universitetin tələbələri ilə görüşüb.

AzEdu.az xəbər verir ki, açılış nitqində rektor Anar Nağıyev Azərbaycan gəncliyinin ölkəmizin gələcək inkişafında rolunun xüsusi əhəmiyyətini vurğulayıb. Anar Nağıyev gənclərin ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ideyalarına sadiq, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf və Zəfər yoluna layiq vətəndaşlar kimi formalaşmasının vacibliyini qeyd edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında ölkəmizin ən çətin dövrlərində xalqın tələbi  ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafında müstəsna rolunu vurğulayıb. Firudin Qurbanov qeyd edib ki, bu gün güclü iqtisadiyyata malik olmağımızın təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və onun layiqli davamçısı, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda güclü, eləcə də dayanıqlı iqtisadiyyat formalaşdırılıb.

Nazir müavini çıxışında Heydər Əliyevin təhsilə və gənclərə daim xüsusi diqqət göstərdiyini qeyd edərək bildirib ki, məhz ulu öndərin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qələbə qazanaraq qalib xalq kimi tarixə düşdü. Nazir müavini vurğulayıb ki, Vətən müharibəsində təhsil işçilərinin də fəal iştirakı təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə həyata keçirildiyini bir daha sübut edir. Bundan əlavə, ana dili biliklərinə göstərilən diqqət də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasətinin mühüm istiqamətlərindən biridir.

Nazir müavini Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr və proqramlar barədə məlumat verib, işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işləri xüsusi vurğulayıb.

Çıxışının davamında nazir müavini gənclərin ölkənin gələcək inkişafındakı rolunu, müasir texnologiyaların və sosial şəbəkələrin təsirini, insan kapitalının formalaşdırılmasının əhəmiyyətini, peşə təhsili və yaradıcı təfəkkürün inkişafdakı rolunu qeyd edib və innovasiya mühitinin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.

Sual-cavab formatında davam edən görüşdə tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Избранный
20
2
azedu.az

3Источники