RU

Ermənistan Azərbaycandan neft və neft məhsulları almaq istəyir

Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı məsələsi bu yaxınlarda (28 noyabr) Qəbələdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə müzakirə olunub. 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan açıqlayıb. 

Baş nazirin müavini bu gün İrəvan və Bakının Azərbaycandan yanacaq ixracı ilə bağlı razılığa gəlib-gəlmədiyi ilə bağlı sorğuya cavab olaraq bildirib: "Bəli, müzakirələr aparılıb, əməkdaşlıq üçün imkanlar var.  Yanacaqla bağlı gələcək fəaliyyət istiqaməti artıq özəl ixracatçılar və idxalçılar arasında əməkdaşlıq çərçivəsindədir və mümkün əməliyyatların şərtləri bazar əsaslı olacaq".

Избранный
31
9
modern.az

10Источники