RU

Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq

ain.az bildirir, Marja.az portalına istinadən.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi "Aşağı Muğan kanalının yenidən qurulması I mərhələ üzrə" tenderi yekunlaşdırıb.

Marja.az xəbər verir ki, tenderin qalibi "EUROLİNE" QSC-dir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şirkətin təklifinin qiyməti 75 milyon 47 min manatdır.

Ehtimal olunan qiymət 133 milyon 944 min manat idi. 

İş elanları AzVak.az-da

“Euroline" QSC-nin təsisçisinin Əfqan Məmmədov olduğu bildirilir. 2007-ci ildə "ƏFQAN" Firması adı ilə fəaliyyətə başlamış şirkətin hüquqi ünvanı Şəki rayonu, Qoxmuq kəndidir. 2200 manat nizamnamə kapitalı olan Şirkətin qanuni təmsilçisi (İdarə heyətinin sədri) Əbülfət Əhmədovdur. 

“Euroline" şirkəti 2000-ci illərin əvvəllərində Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sifarişi əsasında ölkəmizin şimal-şərqində yerləşən rayonların çaylarında sahilbərkitmə işləri həyata keçirmişdir. Həmçinin bu rayonlarda su kanalları, artezian quyuları, su ötürücü qurğular və keçid körpüləri inşa etmişdir. 2005-ci ildən etibarən fəaliyyət sahəmizi daha da genişləndirərək infrastruktur quruculuğu işləri ilə əlaqədar müxtəlif layihələr reallaşdırmışdır. Bu layihələr sırasına su anbarları, su və kanalizasiya şəbəkələri, ortaməktəb binaları, yaşayış evləri, sosial obyektlər və bir sıra dövlət əhəmiyyətli inzibati binaların tikintisi və təmiri daxildir. Bundan başqa, magistral yolların asfaltlanması ilə yanaşı şəhər ərazilərində mövcud olan istirahət parklarının yenidən qurulması işlərini də yerinə yetirmişdir. Şirkət tikinti məhsullarının, o cümlədən beton, tamet, dəmir konstruksiya, plastik, mebel və asfaltın istehsalı ilə də məşğul olur. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
marja.az

1Источники