RU

Günəşdə 2 güclü partlayış olub

Bakı. Trend:

Dekabrın 12-də Günəşdə “M” (ən güclü “X” sinfindən öncəki –red)sinfindən olan iki güclü alışma qeydə alınıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiyanın Elmlər AkademiyasınınTətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“12 dekabr saat 08:05 (Bakı vaxtı ilə 09:05) 4296 nömrəli(S18W73) ləkələr qrupunda yerləşə rentgen diapazonunda M2.0 gücündəalışma qeydə alınıb, müddəti 24 dəqiqə olub. Partlayış II tipli(sürəti V=410 km/s) və IV tipli radioşüalanma artımları vəHF-radioəlaqənin pozulması ilə müşayiət olunub”,-deyə məlumatdaqeyd olunur.

Növbəti M1.1 gücündə partlayış Bakı vaxtı ilə saat 08:44 –də4294 nömrəli (S13W89) ləkələr qrupunda baş verib. Alışmanın müddəti26 dəqiqə olub.

Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görəbeş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 sinfiYer orbitində kvadrat metrə 10 nanovatt gücündə şüalanmaya uyğungəlir. Hər növbəti sinfə keçiddə güc on dəfə artır. Alışmalaradətən Günəş plazmasının atılması ilə müşayiət olunur və bubuludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

Məqalədə:
Избранный
72
az.trend.az

1Источники