RU

Azərbaycan iqtisadiyyatı 1,6 faiz böyüyüb

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 116,3 milyard manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Teleqraf xəbər verir ki, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 1,8 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artıb.

Əlavə dəyərin 34 faizi sənaye, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrində, 21,1 faizi isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 11356,4 manata bərabər olub.

Избранный
73
3
teleqraf.com

10Источники