RU

Bakıda fərqli ünvanlardan 2 nəfərin meyitləri tapıldı

Bakıda evdən 27 yaşlı oğlanın meyiti tapılıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə dekabrın 11-i saat 21 radələrində Binəqədi rayonunda baş verib.

Masallı rayon sakini 1998-ci il təvəllüdlü Mirəli Cəmil oğlu Gözəlovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kirayədə yaşadığı M. Ə. Rəsulzadə qəsəbəsindəki evdə aşkar edilib.

Oxşar hadisə Xətai rayonunda da qeydə alınıb. Dekabrın 11-i saat 08 radələrində 1981-ci il təvəllüdlü Aytəkin Fəxrəddin qızı Mirzəyevanın meyiti yaşadığı Mingəçevir küçəsindəki evdə tapılıb.

Hadisələrlə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

"Cebheinfo.az"

Избранный
5
3
cebheinfo.az

4Источники