RU

Donald Tramp ciddi təzyiq altında olsa da, Rusiya Ukrayna müharibəsindən qazanclı çıxmaq ehtimalı yüksəkdir

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son həftələrdə ABŞ prezidenti Donald Trampın administrasiyası, Ukraynanın bərpası və Rusiyanın dünya iqtisadiyyatına qayıtması ilə bağlı Avropa tərəfdaşlarına gizli sənədlər təqdim edib. Hər biri bir səhifəlik olan sənədlərdə, ABŞ-ın Ukraynada layihələrə sərmayə yatırmaq və Rusiyanın iqtisadiyyatını "düşdüyü quyudan" çıxarmaq üçün hazırladığı planlar yer alır. Amerikalıların təklifində, təxminən 200 milyard dollar dondurulmuş Rusiya aktivləri üzərindən maliyyə şirkətləri və bizneslərə sərmayə qoymaq imkanı yaradılır.Rusiyanın yenidən "dirçəlməsi" üçün ABŞ dəstək göstərəcəkmi? ABŞ Rusiyanı Avropaya qarşı təzyiq vasitəsi kimi istifadə edə bilərmi?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ Rusiyanı hazırda Avropaya qarşı təzyiq vasitəsi kimi istifadə edir: “Avropa İttifaqının ABŞ-dən asılı olmayan müstəqil geosiyasi aktor olaraq önə çıxmaq cəhdləri Vaşinqtonu ciddi şəkildə narahat edir. Çünki Avropa İttifaqının ABŞ-nin təsiri altında olması Vaşinqton üçün prioritet məsələdir. Bu baxımdan Rusiyanın Ukrayna cəbhəsində irəliləməsi və Avropa İttifaqının özünü təhlükədə hiss etməsi Vaşinqtonun maraqlarına tam cavab verir. Avropa İttifaqı hələ də Trampa boyun əyməməyə çalışır. Bu amil isə Ukrayna məsələsinin daha mürəkkəb xarakter almasına, ABŞ ilə Rusiyanın daha da yaxınlaşmasına, nəticədə pərdəarxası sövdələşmələrə yol açır. Nə qədər ki, Avropa İttifaqı Fransa liderliyində Vaşinqtona boyun əyməyib, ABŞ Ukrayna ilə bağlı ən yaxşı halda loyal münasibətini davam etdirəcək”.

Əli Zülfüqaroğlu

Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, ABŞ-nin Ukraynada Rusiyanın maraqlarının təmin olunmasına çalışması açıq məsələdir və Vaşinqton müxtəlif manipulyasiyalarla bunu həyata keçirməyə çalışır: “Buna görə də Rusiya arxayın şəkildə Ukraynadan mümkün qədər çox ərazilər işğal etməklə bu imkanlardan yararlanır. Bu proses isə Avropa İttifaqının özünü daha çox təhlükədə hiss etməsinə səbəb olur. Vaşinqton da “Rusiya dəyənəyi” vasitəsilə Avropa İttifaqını yenidən vassalına çevirməyə cəhd edir. Düşünürəm ki, Avropa İttifaqı dövlətlərinin qlobal imperializmin kuklaları olan marionet, eyni zamanda qorxaq hökumətləri Vaşinqtonla Rusiya arasında uzun müddət manevr etmə imkanlarına sahib ola bilməzlər. Avropa İttifaqı sadəcə ABŞ daxilində Ukrayna kartı ilə ictimai rəylə manipulyasiya etməklə Trampa qarşı təzyiqlərin artırılmasına, onun daha çətin vəziyyətə düşməsinə, nəticədə mövcud Rusiya-ABŞ münasibətlərinin pozulmasına nail olmağa ümid edir. Təbii ki, ABŞ daxilində ciddi problemlər var və bu dünynın bütün nöqtələrinə təsir edir. Amma Tramp ciddi təzyiq altında olsa da, onun proseslərdən uduşlu çıxacağı ehtimalı yüksəkdir. Bu proseslər isə bütövlükdə ilk növbədə Avropa İttifaqı üçün müsbət perpsektiv vəd etmir. Ukraynanın suverenliyi isə heç kimi maraqlandırmır”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
bizimyol.info

1Источники