RU

Gəncədə AĞIR QƏZA: Xəsarət alanlar var

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər ərazisində hərəkətdə olan iki avtomobil toqquşub. Hadisə nəticəsində hər iki sürücü - 1976-cı il təvəllüdlü Maarif İsayev və 1999-cu il təvəllüdlü Novruz Abbasov bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
12
2
far.az

3Источники