RU

Ceki Çanın çəkiləcəyi yeni film Qazaxıstanın cənub-qərbində lentə alınacaq

Ceki Çanın çəkiləcəyi yeni film Qazaxıstanın cənub-qərbində lentə alınacaq

Çinli aktyor Ceki Çan və qazaxıstanlı rejissor Robert Kun “Tanrının Zirehləri” franşizasının dördüncü hissəsi üçün əsas çəkiliş məkanı kimi Qazaxıstanın cənub-qərbində yerləşən Manğıstau bölgəsini seçiblər.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bölgə administrasiyası film komandasının nümayəndələrinin Manğıstauya səfər edərək bölgənin təbii və infrastruktur imkanlarını qiymətləndirdiyini, onlarla potensial məkanı ziyarət etdiyini və əsas təbiət obyektlərini detallı şəkildə araşdırdıqlarını bildirib. Qeyd olunur ki, Manğıstau unikal landşaftları, geniş panoramaları və özünəməxsus təbii mühiti səbəbilə seçilib.

Manğıstau ərazisinin böyük hissəsi şoran-çöl landşaftından ibarətdir, bəzi yerlərdə kol bitkiləri ilə örtülü quru torpaqlar mövcuddur. Regionun qərb hissəsi Xəzər dənizi ilə əhatə olunur.

Ceki Çan sentyabr ayında da gələcək filmin çəkiliş məkanlarını seçmək üçün Almatıda olub.

Yeni film Qazaxıstanın Salem Entertainment studiyasının iştirakı ilə birgə layihə çərçivəsində çəkilir.

Избранный
24
afn.az

1Источники