RU

Heydər Əliyev epoxası Azərbaycanın müstəqillik tarixinin yenilməzlik səhifəsidir - Sevil Mikayılova

Bakı.Trend:

Ulu Öndər Heydər Əliyev epoxası Azərbaycan tarixində dövlətçilikideologiyasının, milli özünüdərk prosesinin və modern dövlətquruculuğunun bünövrəsini təşkil edən inkişaf dövrüdür.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatıSevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, bu epoxanın əsas mahiyyəti ondanibarətdir ki, burada təkcə bir liderin fəaliyyəti deyil,Azərbaycanın müstəqillik yolunda həyata keçirdiyi stratejidəyişikliklərin tam sistemli modeli öz əksini tapır.

"Heydər Əliyevin rəhbərliyi ilə formalaşmış siyasi kurs ölkəninhəm daxili, həm də xarici siyasətinin bütün istiqamətlərindətransformasiya yaratmış, milli dövlətçiliyin ən vacib sütunları --sabitlik, təhlükəsizlik, iqtisadi modernizasiya, milli-mənəvidirçəliş və beynəlxalq etibar ustalıqla təmin olunmuşdur. Bubaxımdan Heydər Əliyev dövrü sözün əsl mənasında Azərbaycanın milliintibah mərhələsi kimi dəyərləndirilir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu təkcəmüəyyən bir siyasi dövrdə rəhbər vəzifə daşıması ilə məhdudlaşmır.O, müasir Azərbaycan dövlətçiliyinin memarı, milli inkişafınstrateji ideoloqu, siyasi sabitliyin təminatçısı və xalqıntaleyində dönüş yaradan tarixi şəxsiyyət kimi dəyərləndirilir.Heydər Əliyev epoxası ölkənin keçid mərhələsində yaşadığı çoxşaxəliböhranların aradan qaldırılması, dövlət institutlarının qurulmasıvə milli şüurun formalaşdırılması baxımından əvəzsiz roloynayıb".

Deputat qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanmüstəqilliyini yenicə bərpa etmiş, lakin siyasi parçalanma,vətəndaş qarşıdurması, iqtisadi çöküş və separatçı təcavüzlə üz-üzəqalmışdı.

"Bu dövrdə mərkəzi hakimiyyət zəif, dövlət idarəçiliyi iflicvəziyyətində idi. Ulu Öndərin siyasi səhnəyə qayıdışı ölkədədövlətçilik ənənələrinin yenidən bərpasına imkan yaratdı.HeydərƏliyev qanunçuluğun təmin edilməsini, güclü və səmərəli idarəetməmodelinin qurulmasını, dövlət strukturlarının modernləşdirilməsinitəmin etdi. Ulu Öndərin əsas tarixi xidmətlərindən biri Azərbaycanıvətəndaş savaşı təhlükəsindən xilas etməsi və cəmiyyətdə siyasisabitliyi bərqərar etməsidir. O, müxtəlif siyasi qüvvələr arasındabalans yaradaraq konstitusion quruluşun möhkəmlənməsinə nail oldu.Sabitlik Heydər Əliyevin siyasətində sırf təhlükəsizlik məsələsideyil, həm də iqtisadi və sosial inkişafın əsas şərti kimi qəbuledilirdi. Məhz bu sabitlik sonrakı illərdə bütün sahələrdəgenişmiqyaslı inkişafın əsasını qoydu. Heydər Əliyev Azərbaycaniqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası vəmodernləşməsini təmin etdi. Bu proses çərçivəsində “Əsrinmüqaviləsi” imzalandı, xarici sərmayələr ölkəyə cəlb edildi, yeniinfrastruktur layihələrinə start verildi, bazar iqtisadiyyatınınhüquqi çərçivələri yaradıldı. Nəticədə Azərbaycan enerjiresurslarından səmərəli istifadə edərək regionun iqtisadiliderlərindən birinə çevrildi".

S.Mikayılova əlavə edib ki, Ulu Öndər mədəniyyətə, dilə, tarixə,milli ənənələrə xüsusi önəm verərək Azərbaycançılıq ideologiyasınıdövlət siyasətinin mərkəzinə çıxardı.

"Bu ideologiya vətəndaş birliyini, multikultural harmoniyanı,milli kimliyin qorunmasını, dünyəvi dəyərlərlə milli-mənəvidəyərlərin vəhdətini özündə birləşdirirdi. Azərbaycançılıqkonsepsiyası bu gün də dövlət siyasətinin ideoloji bazasını təşkiledir və cəmiyyətin həmrəyliyini möhkəmləndirir. Bu gün Azərbaycanındünyada artan nüfuzunun təməli məhz Heydər Əliyevinmüəyyənləşdirdiyi xarici siyasət xətti ilə bağlıdır. Ulu Öndərmüasir və intizamlı ordu quruculuğunu milli dövlətçiliyin əsasşərti hesab edirdi. Onun rəhbərliyi altında peşəkar ordununformalaşdırılmasına başlandı, hərbi strategiya və təhlükəsizlikkonsepsiyaları hazırlandı, müdafiə potensialı sistemli şəkildəgücləndirildi. Bu əsaslar sonradan Azərbaycanın ərazi bütövlüyününbərpasında həlledici rol oynadı. Azərbaycanın ərazi bütövlüyününbərpası və işğal altında olan torpaqların azad olunması millidövlətçilik tariximizin ən strateji hədəflərindən biri olmuşdur. Buhədəfin həyata keçməsində Ulu Öndər Heydər Əliyevin tarixixidmətləri xüsusi əhəmiyyət kəsb edir. O, həm 1990-cı illərin ağırvə çətin dövründə müharibəni məğlubiyyət mərhələsindən xilas etmiş,həm də gələcək qələbəyə aparan siyasi, diplomatik, hərbi vəideoloji əsasları yaratmışdır. Bu baxımdan Heydər Əliyevinfəaliyyəti işğalın dayandırılması və sonrakı azadlıq prosesinintəməl mərhələsi kimi qiymətləndirilməlidir".

Deputat qeyd edib ki, Ulu Öndər torpaqların azad edilməsininyalnız siyasi danışıqlar və diplomatiya ilə deyil, güclü ordu iləmümkün olacağını dəqiq bilirdi.

"Sonralar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevinrəhbərliyi ilə Qarabağda qazanılan Qələbə məhz Heydər Əliyevinzamanında uzaqgörənliklə inkişaf etdirdiyi ordu quruculuğununtəntənəsi idi. Bütün bu addımlar Azərbaycanın 2020-ci ildə əldəetdiyi tarixi Zəfərin əsasını təşkil etdi. Buna görə də Qarabağınazadlığı Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, Prezidentİlham Əliyevin qətiyyətinin və Azərbaycan xalqının birliyinintarixi nəticəsi kimi dəyərləndirilir".

Məqalədə:
Избранный
8
4
az.trend.az

5Источники