RU

“Fənərbağça”nın futbolçusu ölkəsinə qayıdır

“Fənərbağça”nın icarə əsasında “Jirona”da çıxış edən qapıçısı Dominik Livakoviç klubunu dəyişəcək.

İdmanxeber.az xəbər verir ki, insayder Fabritsio Romano xorvatiyalı qolkiperin sabiq klubu “Dinamo” ilə razılığa gəldiyini bildirib. 31 yaşlı oyunçu yanvarın əvvəllərində Zaqreb klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Livakoviç bu mövsüm La Liqa klubunun heyətində heç bir oyuna çıxmayıb.

Избранный
32
idmanxeber.az

1Источники