RU

Azərbaycanda on bir ayda istehsal olunan ət və süd məhsullarının həcmi açıqlanıb - STATİSTİKA

2025-ci ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 544,1 min ton ət, 2086,0 min ton süd, 2140,5 milyon ədəd yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsal olunub.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2,0 faiz, süd istehsalı 0,3 faiz, ət istehsalı 0,1 faiz artmış, yun istehsalı 1,3 faiz, barama istehsalı 22,1 faiz azalıb.

Избранный
5
1
day.az

3Источники