ABŞ-ın Kaliforniya ştatında bir evdə baş verən təbii qaz partlayışında 6 nəfər yaralanıb, 3 ev isə tamamilə dağılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatının San-Fransisko körfəzi bölgəsindəki bir məhəllədə baş verən partlayışın ardından yanğın olduğu bildirilib. Yanğının baş verməsi ilə əlaqədar olaraq, 6 nəfərin yaralandığı, 3 evin isə tamamilə dağıldığı qeyd edilib.
Partlayışın, bir inşaat komandası tərəfindən yeraltı təbii qaz boru kəmərinə zərər verilməsi nəticəsində baş verdiyi bildirilib.