BAKI, 12 dekabr. TELEQRAF
Bu ilin yanvar-noyabr aylarında ölkənin kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalı faktiki qiymətlərlə 13 milyard 402,1 milyon manat təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu göstəricinin 6 milyard 768,7 milyon manatı heyvandarlıq, 6 milyard 633,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0,4 faiz, bitkiçilik məhsulları istehsalı 1,9 faiz artıb.