RU

Baba Rzayev 57.2 milyonluq layihələri tendersiz həyata keçirir — İşin birini 10 manatlıq şirkət görəcək

"Azərenerji” ASC 330 kV-luq "Ordubad-Naxçıvan" EVX-nin (105 km) və 330 kV-luq "Cəbrayıl-Ağbənd" EVX-nin tikintisi (74 km) işlərinə 57 280 000 AZN sərf edəcək.


Pravda.az-ın xəbərinə görə, bu işlər iki şirkətə - "ElektrikQuraşdırma” Müəssisəsinə (33 600 000 AZN) və “Azərelektrik Tikinti Quraşdırma” MMC-yə (23 680 000 AZN) verilib.

ASC və şirkətlər arasında bağlanan müqavilələr üzrə satınalma prosedurları dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Burada “bir mənbə metodu”ndan istifadə olunub. "ElektrikQuraşdırma”nın Nizamnamə kapitalı 6 000 AZN, “Azərelektrik Tikinti Quraşdırma”nın Nizamnamə kapitalı isə 10 AZN-dir.

 Sifarişçi qurumun rəhbəri Baba Rzayevdir. 
Избранный
23
3
yenilik.az

4Источники