Azərbaycanın geniş idman auditoriyasına malik “Offside” növbəti layihəsini təqdim edir.
Bu gündən etibarən “Meydan” adlı yeni veriliş “Offside TV” yutub kanalında yayımlanacaq. Verilişin aparıcıları Orxan Sübhan və Aytac Sahəd Azərbaycan çempionatında baş verən ən son yeniliklər auditoriyanın diqqətinə çatdıracaq.
Verilişdə futbol sferasında baş verən maraqlı hadisələr, mübahisəli hakim qərarları, çempionatımızda son turun təhlili müzakirə olunacaq.
Proqram həftədə bir dəfə yayımlanacaq. “Meydan” verilişininin geniş versiyasını “Offside TV” yutub kanalından, həmçinin "Offside"ın sosial şəbəkə səhifələri vasitəsilə izləyə bilərsiniz.