RU

Binədə evlər suyun içində VİDEO

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Keçən il olduğu kimi, bu il də evin içərisi su ilə dolub.Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Xəzər rayon, Qala qəsəbəsindən gedir.Yağış suları həm evləri, həm də küçələri basıb. Ərazidə yaşayanlar illərdir müvafiq qurumlara müraciə etsələr də, məsələ hələ də öz həllini tapmır. Hər dəfə yağış yağanda sakinlərə ciddi maddi ziyan dəyir. Çəkiliş aparılan zaman məktəbdən qayıdan şagirdlərin evlərinə getmək üçün necə əziyyət çəkdikləri də məlum olub.Məsələ ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən ərazidə 5 müxtəlif nöqtədə nasos quraşdırılmaqla qrunt və yağış sularının kənarlaşdırılması həyata keçirilir.İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, qeyd olunan ərazidə Xidmətin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Şəbəkə olmayan ərazilərdə, qeyd olunan ünvan da daxil olmaqla agetnliyin sifarişi ilə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
2
www.bakupost.az

3Источники