RU

Gəncədə sexdə FACİƏ: qaldırıcı qırıldı, usta əzilib öldü

Gəncədə avtomobil təmiri sexində faciə yaşanıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsindəki təmir sexində qeydə alınıb.

Qaldırıcının qırılması nəticəsində “VAZ-21011” markalı avtomobil 72 yaşlı Həbib Həsən oğlu Hüseynovun üstünə düşüb. Nəticədə o, hadisə yerində ölüb.

Məlumata görə, mərhum özünə məxsus olan həmin avtomobili təmir edirmiş.

Araşdırma aparılır.

Избранный
30
heftelik.az

1Источники