RU

Əkrəm İmamoğlunun məhkəmə prosesi 12 il uzana bilər

İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində korrupsiya ittihamı üzrə məhkəmə prosesinin başlanması 9 mart 2026-cı il tarixinə planlaşdırılır və proses 12 il 6 aya qədər uzana bilər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, iş üzrə ümumilikdə 105 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub, 400-dən çox şəxs isə şahid kimi dindirilib.

Qeyd edilir ki, məhkəmə prosesinin 4,6 min gün çəkə biləcəyi nəzərə alınıb. Məhkəmə iclasları İstanbulun Silivri rayonunda yerləşən və hazırda İmamoğlunun saxlanıldığı həbsxananın ərazisində keçiriləcək.

İmamoğlu cinayətkar təşkilat yaratmaqda, rüşvət almaqda, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasında, dövlət qurumları və təşkilatlarına ziyan vurmaqla dələduzluqda, habelə şəxsi məlumatlarla bağlı bir sıra hüquq pozuntularında, cinayət işləri üzrə sübutların gizlədilməsində və tenderlərin keçirilməsi zamanı əlbir olmaqda ittiham olunur. İttiham tərəfi onun üçün 2 352 ilədək azadlıqdan məhrumetmə cəzası tələb edir.

AzPost.az

Избранный
21
4
azpost.info

5Источники