RU

Məşhur serialda “Tərəkəmə” oynadılar Video

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Məşhur türk serialı “Veliaht”ın 13-cü bölümündə “Tərəkəmə” səsləndirilib.

“Qafqazinfo” xəbər verir ki, bu, sosial şəbəkələrdə azərbaycanlılar tərəfindən maraqla qarşılanıb. 

Belə ki, həmin səhnədə ekran işinin əsas obrazlarından olan və serialda qardaş kimi təqdim edilən Yahya Kaptan və Selim “Tərəkəmə” sədalarında rəqs ediblər. 

Qeyd edək ki, “Tərəkəmə” Azərbaycan xalqının ən qədim rəqslərindən biridir və adını əsasən köçəri həyat tərzi sürən və maldarlıqla məşğul olan tərəkəmə tayfalarından alır. Zamanla “Tərəkəmə” rəqsinin musiqisi yalnız Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də tanınıb, bir çox yerli və xarici bəstəkarlar tərəfindən əsərlərdə istifadə olunub, müxtəlif versiyalarda aranjiman edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
39
3
qafqazinfo.az

4Источники