RU

Ramil Səfərovdan polkovnik rütbəsi alması ilə bağlı İLK AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə polkovnik-leytenant Ramil Səfərovun hərbi rütbəsinin artırılması ilə bağlı məlumatlar yayılıb. Belə ki, Ulu Öndərin anım günü ilə əlaqədar çəkilmiş fotoda Səfərovun polkovnik rütbəsində olduğu müşahidə edilib.

KONKRET.az məsələni dəqiqləşdirmək üçün Ramil Səfərovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında hazırda xidmət edən zabit olduğunu və son dövrlərdə hər hansı yeni rütbə almadığını bildirib:
“Bu xəbərə ehtiyac yoxdur. Mən xidmətdə olan zabitəm, rütbə almamışam. Hardan və necə çıxıb bilmirəm. Bu cür xəbərlər xidmətimizə mane olur. Rütbəni çoxdan, təxminən il yarım əvvəl almışam. İndinin söhbəti deyil”.

Məsələ ilə bağlı KONKRET.az Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə də əlaqə saxlayıb. Qurumdan bildirilib ki, Ramil Səfərovla bağlı hər hansı rəsmi mövqe olacağı təqdirdə, ictimaiyyətə əlavə məlumat veriləcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
80
1
konkret.az

2Источники