Misli premyer-liqasının 15-ci turunda “Turan Tovuz” evdə “Sabah”a məğlub oldu - 1:3. Tovuzluların baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Müdafiədə buraxdığımız kobud səhvlərə görə uduzduq. Bunları etməməliydik. Məşqçi səhv etmir desək, yanlış olar. Hər məşqçi səhv edə bilər. İlk hissədə düzülüşümüz düzgün olmadı. “Sabah”a çox boşluq verdik.
- Niyə qısa danışırsız? Mən nə yazacam?
- Bu futbol terminidi. Fikirlərimi izah etdim.
- Sirrinizi soruşmuram.
- Nədən danışaq?
- Həmişə tovuzlu azarkeşlər yanınızda olub. İndi istefaya səsləyirdi. Berdıyevin kreslosu laxlamaz?
- Bu məsələləri prezident həll edir. Hiss edirik ki, azarkeşlərə acı verdik. Həm də utancvericidi.
- Rəqib komandanın baş məşqçisi dedi ki, bu meydançada oynamaqla inkişaf olmaz. Bu barədə nə düşünürsüz?
- Bu bəhanə deyil. Amma belə meydançada oynamaq olmaz.
- “Turan Tovuz”un bu gün oynadığı oyun idi?
- Xeyr.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта