Narkotik maddələrin qanunsuz dövriyyəsinə görə ittiham olunaraq azadlıqdan məhrum edilmiş Elbəyi Kərimli cəzaçəkmə müəssisəsində vəfat edib.
APA xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Ədliyyə Nazirliyindən APA-ya bildirilib ki, Elbəyi Kərimlinin ölüm faktı ilə əlaqədar Xəzər rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Elbəyi Kərimli 2024-cu ilin aprelində 6 il müddətinə azadlıqdan məhrum edilib.