RU

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib

Bakı, 13 dekabr, AZƏRTAC

Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında iki ABŞ əsgəri və bir amerikalı mülki tərcüməçi öldürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell X sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, ABŞ hərbçiləri bölgədə İŞİD terror qruplaşmasına qarşı əməliyyatlara dəstək verirdilər.

Pentaqonun sözçüsü hadisə ilə bağlı əlavə detallar açıqlamayıb, lakin istintaqın aparıldığını bildirib.

ABŞ-ın müdafiə naziri Pit Heqset də X platformasında paylaşım edərək qeyd edib: “Bu hücumu həyata keçirən şəxs tərəfdaş qüvvələr tərəfindən zərərsizləşdirilib”. Pentaqon rəhbəri əlavə edib ki, dünyanın istənilən yerində amerikalılara hücum edənlər bilməlidirlər: “ABŞ sizi təqib edəcək, tapacaq və amansızcasına məhv edəcək”.

Избранный
115
5
azertag.az

5Источники