RU

Suriyada iki ABŞ əsgəri və bir tərcüməçi öldürülübTramp hədələdi

Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında iki ABŞ əsgəri və bir amerikalı mülki tərcüməçi öldürülüb.

Bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell X sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, ABŞ hərbçiləri bölgədə İŞİD terror qruplaşmasına qarşı əməliyyatlara dəstək verirdilər.

Pentaqonun sözçüsü hadisə ilə bağlı əlavə detallar açıqlamayıb, lakin istintaqın aparıldığını bildirib.

ABŞ-ın müdafiə naziri Pit Heqset də X platformasında paylaşım edərək qeyd edib: “Bu hücumu həyata keçirən şəxs tərəfdaş qüvvələr tərəfindən zərərsizləşdirilib”. Pentaqon rəhbəri əlavə edib ki, dünyanın istənilən yerində amerikalılara hücum edənlər bilməlidirlər: “ABŞ sizi təqib edəcək, tapacaq və amansızcasına məhv edəcək”.

ABŞ Prezidenti Donald Tramp Suriyada amerikalı iki əsgərin və bir mülki tərcüməçinin öldürülməsinə münasibət bildirib.

O, itkiyə görə kədərləndiyini bildirib və üç yaralı əsgər üçün də dua etdiyini deyib.

“Bu, Suriyanın çox təhlükəli bir hissəsində, onların tam nəzarətində olmayan bir yerdə ABŞ-a və Suriyaya qarşı İŞİD hücumu idi. Suriya Prezidenti Əhməd əl-Şara bu hücumdan son dərəcə qəzəbli və narahatdır. Çox ciddi cavab tədbirləri görüləcək”,- deyə Tramp əlavə edib.

AzPost.az

Избранный
39
14
azpost.info

10Источники