“Real”da Vinisius Junior ətrafında vəziyyət bir qədər də gərginləşib. İspaniya klubu futbolçunun yeni müqavilə məsələsində son qərarını verib.
“Madrid Zone” nəşrinin yaydığı xəbərə görə, rəhbərlik braziliyalı futbolçunun nümayəndəsinə artıq təklif olunmuş şərtlərin daha da yaxşılaşdırılmayacağını bildirib. Məlumata əsasən, “Real” Vinisiusa iki seçim variantı təqdim edib: mövcud şərtlərlə yeni müqaviləni imzalamaq və ya yay “transfer pəncərəsi” dövründə satışa çıxarılmaq.
Xatırladaq ki, tərəflər noyabrda yeni sözləşmə ilə bağlı razılığa gələ bilməmişdi. Bu vəziyyət fonunda futbolçuya “Mançester Siti”, “Çelsi” və Səudiyyə Ərəbistanının bir neçə klubu maraq göstərir.
25 yaşlı Vinisius “Real”ın formasını 2018-ci ildən daşıyır. O, cari mövsümdə bütün turnirlərdə 22 oyunda iştirak edərək 5 qol vurub və 7 məhsuldar ötürmə verib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта