RU

Biləsuvarda ağır yol qəzası

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

XəzərNews.az xəbər verir ki, hadisə köhnə Bakı–Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan rayon sakini, Məmmədov Həsən Əlövsət oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan sürücü hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 4 dəfə oxunub.
Избранный
86
xezernews.az

1Источники