RU

Qrinvud Qızıl Top qazana biləcək səviyyədə oyunçudur Roberto de Zerbi

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Marsel"in baş məşqçisi Roberto De Zerbi, hazırda komandasında çıxış edən ingilis hücumçu Meyson Qrinvud haqqında olduqca iddialı fikirlər səsləndirib.

Fanat.Az xəbər verir ki, mütəxəssis gənc futbolçunun potensialını qiymətləndirərkən ən yüksək mükafatı hədəf göstərib.

"Meyson Qrinvud "Qızıl Top" qazana biləcək səviyyədə bir oyunçudur. O, mükafatı qazanmağa haqq elədiyini sübut edir.Avropada onun potensialına sahib başqa bir oyunçu bilmirəm."

İngilis oyunçu "Marsel"ə keçidindən sonra əla performans nümayiş etdirir. O, bu mövsüm Liqa 1 və Çempionlar Liqasında komandanın əsas fiqurlarından birinə çevrilib.

24 yaşlı ulduz çıxış etdiyi 20 matçda 13 qol vurub və 4 məhsuldar ötürmə edib.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
60
1
fanat.az

2Источники