RU

Qazaxda ağır qəza: xəsarət alanlar var

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Tovuz rayon sakini, 1984-cü il təvəllüdü T.Abdıyev idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetmədən çıxıb. Nəticədə avtomobil yol nişanına çırpılıb. Qəza zaman sürücü, avtomobildə olan sərnişinlər, İran vətəndaşları 1992-ci il təvəllüdlü H.Gallehban və 1984-cü il təvəllüdlü A.Sayeban xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Избранный
47
7
publika.az

9Источники