RU

9 illik evlilik başa çatdı?

Son zamanlar şəxsi həyatı ilə gündəmə gələn Cenk Tosun həyat yoldaşı Ece Tosunla boşandığı ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Türkiyə yığmasının sabiq hücumçusu şayiələrin yalan olduğunu bildirib və "xoşbəxt bir evliliyimiz var " deyib.

Hazırda "Fənərbaxça"ya məxsus forvard artıq karyerası ilə deyil, şəxsi həyatı ilə gündəmə gəlir.

2016-cı ildə evlənən və iki övladı olan Cenk Tosun və Ece Tosunun boşandığı barədə şayiələr sosial mediada sürətlə yayılıb. Hətta Tosunun həyat yoldaşına külli miqdarda aliment ödəməyə başladığı da iddia edilib.

Tosun yazılı açıqlamasında bildirib:

"Ailə həyatına üstünlük verən bir futbolçu olaraq, boşandığımız barədə tamamilə əsassız xəbər məni təəccübləndirdi.

Xoşbəxt bir evliliyimiz və dinc bir evimiz var. Belə yalan xəbərlərə inanmayın".

Bu açıqlama cütlüyün yaxınlarına rahatlıq gətirib.

9

Избранный
75
sportinfo.az

1Источники