RU

Səudiyyə Ərəbistanının vəliəhdi “Barselona” üçün rekord təklif hazırlayır

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman “Barselona” klubunun alınması üçün nəhəng maliyyə təklifi verməyə hazırlaşır.

İdman.Biz xəbər verir ki, Məhəmməd bin Salman “Barselona”nı almaq üçün 10 milyard avro (18,5 milyard AZN) təklif etməyi planlaşdırır.

Jurnalist Fransua Qalyardo mənbəsinə istinadən bildirir ki, katalon klubunun borcu 2,5 milyard avrodan (4,6 milyard AZN) çoxdur və bu məbləğin bağlanması olduqca çətin proses hesab olunur.

Qeyd olunur ki, potensial sövdələşmənin qarşısındakı əsas maneə klubun üzvləridir. Məhz üzvlərin mövqeyi “Barselona”nın mümkün satışında həlledici amil ola bilər.

İdman.Biz

Избранный
74
8
idman.biz

10Источники