RU

Xankəndidə "Qış nağılı" bayram yarmarkası keçiriləcək (FOTO)

Xankəndi. Trend:

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilbayramı münasibətilə Xankəndi şəhərində “Qış nağılı” yarmarkasıkeçiriləcək.

Trend-inməlumatına görə, dekabrın 27-də şəhərin Zəfər meydanında "Qışnağılı" olacaq.

Bayram yarmarkası yanvarın 5-dək davam edəcək. Xankəndişəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan RespublikasıPrezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti vəİdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçiriləcəkyarmarkada, bir çox müəssisə və şirkətlər iştirak edəcək, həmçininfərdi şəxslər tərəfindən də yarmarkaya məhsullar çıxarılacaq.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilənxəbərə görə, dekabrın 29-da isə Xankəndi şəhərində konsert proqramıtəşkil ediləcək. 31 dekabrda möhtəşəm atəşfəşanlıq olacaq.

Bayramla əlaqədar şəhərdə artıq hazırlıqlar başlayıb. Meydandaşam ağacı qurulub. Küçələr, parklar Yeni il atributları iləbəzədilib. Bir sözlə, Xankəndi şəhəri, turistləri möhtəşəm bayramgörüntüsü ilə qarşılamağa hazırlaşır. Sizi Xankəndi qış nağılıyarmarkasına dəvət edirik. Xankəndi hər addımınızı macərayaçevirəcək.

Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Избранный
50
13
az.trend.az

4Источники