RU

Məşhur rejissorun və arvadının meyitləri tapılıb

AzVision.az “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, istintaqın gedişindən məlumatlı olan hüquq-mühafizə orqanlarındakı mənbə belə deyib.

“İstintaq hər iki qurbanın bıçaqlandığını güman edir. Müstəntiqlər ailə üzvlərindən birini dindirir”,- mənbə bildirib.

Los-Anceles Yanğından Mühafizə İdarəsi, saat 15:30-da təcili tibbi yardım çağırışı aldığını açıqlayıb. Qurumun əməkdaşları evdə həyat əlamətləri verməyən 78 yaşlı kişi və 68 yaşlı qadınıtapıblar. Rob Raynerin bu ilin mart ayında 78 yaşı tamam olub.

- Qarətlər və qətllər üzrə bölmənin detektivləri Raynerin evində “qətl ehtimalı”nı araşdırır”,- Los-Anceles polisinin kapitanı Mayk Bland deyib.

Hakimiyyət orqanları hələ ki, ölənlərin şəxsiyyətini rəsmi şəkildə təsdiqləməyib. Ev şəhərin qərb tərəfindəki yüksək səviyyəli Brentvud məhəlləsində, bir çox məşhurların məskənində yerləşir.

Hollivudun ən məşhur rejissorlarından biri olan Rob Rayner 1980 və 1990-cı illərin bir sıra məşhurfilmlərin, o cümlədən, “Bu, Spinal Tapdır”, “Bir neçə yaxşı oğlan”, “Harri Salli ilə görüşəndə” və “Şahzadə gəlin” kimi kinolentlərin müəllifidir.

Rayner daha əvvəl 1970-ci illərdə Kerroll O'Konnor ilə birlikdə oynadığı “Ailədə hamı” teleserialında Mithed rolu ilə şöhrət qazanmışdı. Bu işə görə o, iki “Emmy” mükafatı qazanıb.

1989-cu ildən “Harri Salli ilə görüşəndə” filmi üzərində işləyərkən tanış olduğu fotoqraf Mişel Singer Reynerlə evlidir. Cütlüyün üç övladı var.

Sahil İsgəndərov
AzVision.az
Избранный
123
1
azvision.az

2Источники