RU

"Ədalətli nəticə bərabərlik idi" - Füzuli Məmmədov

Misli Premyer Liqasının 15-ci turunda Qubada "İmişli" ilə 1:1 hesablı heç-heçə edən "Karvan-Yevlax"ın məşqçisi Füzuli Məmmədov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

"Hava şəraiti səbəbindən bu gün meydan istənilən səviyyədə deyildi. Futbolçular üçün çox çətin idi. Əlbəttə, qələbə üçün gəlmişdik. Qələbə də qazana bilərdik, məğlub ola da. Ədalətli nəticə isə elə doğrudan da bərabərlik idi. Futbolçularıma təşəkkür edirəm. Çətin hava şəraitinə rəğmən, meydanda döyüşkənlik, əzmkarlıq göstərdilər. Hesabda geri düşsək də, bərabərlik qolunu vura bildik. Futbolçularımın hər birinə təşəkkürümü bildirirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq".

Nihat
 

Избранный
53
fanat.az

1Источники